- Baxış sayı: 40
- 26 Oktyabr 2026 21:33
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Moskvanın “Lokomotiv” futbol komandasının üzvlərini və texniki heyətini daşıyan qatar Voronej yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Allsport.az xəbər verir ki, zərbə nəticəsində dron komanda üzvlərinin olduğu vaqondan cəmi dörd vaqon aralıya düşüb.
İnsident zamanı beş sərnişinin xəsarət aldığı bildirilir. “Lokomotiv”in tibbi heyəti dərhal müdaxilə edərək yaralılara ilk yardım göstərib.
Hadisədən sonra rəsmi açıqlama yayımlayan “Lokomotiv” komandanın tam heyətlə məşq bazasına çatdığını, Rusiya kuboku və çempionat matçlarının hazırlıqlarına start verdiyini açıqlayıb. Paytaxt təmsilçisi böhran anında göstərdikləri operativliyə görə öz əməkdaşlarına, həmçinin göstərilən dəstəyə görə Rusiya premyer liqası rəhbərliyi və “Fakel” klubuna təşəkkürünü bildirib.