- Baxış sayı: 5
- 27 Oktyabr 2026 12:33
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Milan” futbolçusu Kristian Pulişiç ilə müqaviləni uzatmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” amerikalı hücumçu ilə anlaşmanın müddətini 2031-ci ilin yayına kimi artıracaq.
Pulişiç 2023-cü ildən “Milan”ın formasını geyinir. O, bu mövsüm “A” seriyasında 5 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
“Milan” çempionatda 8 turdan sonra 18 xalla 4-cü sıradadır. Komanda lider “İnter”dən 4 xal geri qalır.