- Baxış sayı: 59
- 27 Oktyabr 2026 11:12
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Azərbaycan şahmat turu” çərçivəsində keçirilən Şirvan açıq beynəlxalq şahmat festivalına yekun vurulub.
Allsport.az xəbər verir ki, bağlanış mərasimində Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan şahmat federasiyasının prezidenti, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirak ediblər.
Onlar qalib və mükafatçıları təbrik edərək şahmatçılara gələcək yarışlarda uğurlar arzulayıblar.
“A” turnirində 9 turdan sonra 7,5 xal toplayan Murad İbrahimli birinci yeri tutub. Hərəyə 7 xal qazanan Namiq Quliyev və Hindistan təmsilçisi Visakh isə ikinci-üçüncü yerləri bölüşüblər.
“B” turnirində Ümid Ələsgərov 7 xalla qalib olub. Duyğu Bağırova ikinci, Ayyub Zəkiyev isə üçüncü yeri tutub.
Hindistanlı şahmatçı Hagavane akankşa rapid, Visakh isə blits yarışında birinci olub.
Altı ölkədən 150-yə yaxın şahmatçının qatıldığı festival yüksək rəqabət şəraitində keçib.
Yarışın ümumi mükafat fondu 22 670 manat təşkil edib.