- Baxış sayı: 61
- 23 Oktyabr 2026 15:28
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Novak Cokoviç 2011-ci ildən bəri ilk dəfə Bazeldə keçirilən ATP-500 turnirində iştirak etmək qərarına gəlməsinin səbəbini açıqlayıb.
Allsport.az xəbər verir ki, serbiyalı tennisçi yarışın təqvimindəki dəyişikliklərin bu qərara təsir etdiyini bildirib:
“Uzun müddətdir Bazeldə oynamırdım. Təqvimdə dəyişiklik oldu. Səudiyyə Ərəbistanında iştirak etməli olduğum turnir təxirə salındı və nəticədə bir həftəlik boş vaxt yarandı.
Mən Turində keçiriləcək mövsümün yekun turnirində iştirak etmək istəyirəm. Bunun üçün şansım var. Qapalı kortda oynamaq fiziki baxımdan daha rahat olacaq. İsti hava, günəş və açıq kortlarda oyuna təsir edən digər amillər olmayacaq. Düşünürəm ki, bu, mənə kömək edəcək”.
Cokoviç gələcək planlarından da danışıb. O, Səudiyyə Ərəbistanında keçiriləcək “Altı kralın şlemi” adlı nümayiş turnirində iştirak edəcəyini, gələn mövsüm isə mütləq Avstraliyaya yollanacağını söyləyib:
“Avstraliya açıq” turnirindən əvvəl başqa yarışda iştirak edib-etməyəcəyimə hələ qərar verməmişəm. Bunu komandamla birlikdə müəyyənləşdirəcəyik. Hazırda bütün diqqətimi mövsümü mümkün qədər yaxşı başa vurmağa yönəltmişəm”.