- Baxış sayı: 16
- 27 Oktyabr 2026 11:33
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Londonda “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, “Palladium” teatrında təşkil olunan tədbirdə “France Football” nəşrinin müxtəlif nominasiyalar üzrə mükafatlarının sahibləri müəyyənləşib.
İlin ən yaxşı futbolçusu adına “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn layiq görülüb. İngiltərəli forvard karyerasında ilk dəfə bu mükafatı qazanıb.
“Barselona”nın və İspaniya millisinin vingeri Lamin Yamal isə ardıcıl üçüncü dəfə ilin ən yaxşı gənc futbolçusuna verilən mükafata sahib çıxıb.
İlin ən yaxşı qapıçısı adına İspaniya millisinin və “Atletik”in üzvü Unay Simon layiq görülüb. İlin ən yaxşı məşqçisi mükafatını İspaniya millisinin baş məşqçisi Luis de la Fuente qazanıb.
İlin ən yaxşı klubu isə Fransanın PSJ komandası seçilib. Paris təmsilçisi bu nominasiyada “Arsenal”, “Bavariya”, “Bude-Qlimt” və “Flamenqo”nu qabaqlayıb.
Qadın futbolunda da müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. “Barselona”nın sabiq futbolçusu Aleksia Putelyas karyerasında üçüncü dəfə “Qızıl top”u qazanaraq bu göstəricidə Bonmatiyə çatıb.