- Baxış sayı: 17
- 28 Oktyabr 2026 11:56
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Polşada futbol üzrə ölkə kubokunun 1/16 final mərhələsinin bir sıra oyunları keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Əmrəlinin çıxış etdiyi “Rakuv” səfərdə “Motor”la qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
Start heyətində meydana çıxan Əmrəli 82-ci dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası hesabda geridə olub.
Bu qələbə sayəsində “Rakuv” Polşa kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.