Neapolda çıxış edəcək cüdoçular bəlli olub

Neapolda çıxış edəcək cüdoçular bəlli olub

Oktyabrın 30-dan noyabrın 1-dək Neapolda cüdo üzrə U-23 Avropa çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, Azərbaycan qitə birinciliyində 5 çəki dərəcəsində 8 idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər.

36 ölkədən 284 cüdoçunun mübarizə aparacağı yarışda Azərbaycanı təmsil edəcək idmançıların siyahısını təqdim edirik:

Kişilər

-60 kq: Murad Muradlı, Babarəhim Mirzəyev

-66 kq: Nizami İmranov, İslam Rəhimov

-73 kq: Əbil Yusubov, Mehdi Cəfərov

-100 kq: Əjdər Bağırov

+100 kq: Kənan Nəsibov

Həmin kateqoriyadan