- Baxış sayı: 19
- 28 Oktyabr 2026 11:56
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Betis” azad agent statusunda olan argentinalı hücumçunu heyətinə qatmaq istəyir.
La liqa təmsilçisi artıq təcrübəli futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Mauro İkardi 2022-2026-cı illərdə “Qalatasaray”da çıxış edib. 33 yaşlı forvard 2025/26 mövsümündə “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.