- Baxış sayı: 17
- 28 Oktyabr 2026 11:56
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Bavariya”nın sabiq hücumçusu Karl-Haynz Rummenigge Harri Keynin “Qızıl top” mükafatını qazanmasını Münhen klubu və bütövlükdə Bundesliqa üçün böyük uğur adlandırıb.
Allsport.az xəbər verir ki, 1981-ci ildə bu mükafata sahib çıxan Rummenigge ingiltərəli oyunçunun uğurunu şərh edib:
“Keyn “Qızıl top”a tam layiq idi. O, təkcə möhtəşəm mövsüm keçirmədiyi üçün deyil, həm də idmanda və cəmiyyətimizdə getdikcə nadir rast gəlinən nümunəvi xarakterə malik olduğu üçün bu mükafatı qazandı.
Bu, “Bavariya” üçün də böyük uğurdur. Harri sübut etdi ki, hazırda “Qızıl top”u hətta “Bavariya”da və Bundesliqada çıxış edərək də qazanmaq mümkündür”.