İtaliya klubunda yeni müqavilə

İtaliya klubunda yeni müqavilə

“Komo” hücumçusu Anastasios Duvikasla yeni müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, yunanıstanlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

2025-ci ilin fevralından “Komo”nun formasını geyinən Duvikas indiyədək komandanın heyətində 68 matça çıxıb, 27 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hücumçu ötən mövsüm 14 qolla komandasının ən yaxşı bombardiri olub. O, “A” seriyasının bombardirləri siyahısında yalnız “İnter”in futbolçusu Lautaro Martinesdən (17 qol) geri qalaraq ikinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan