- Baxış sayı: 56
- 26 Oktyabr 2026 17:27
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın 5 cüdoçusu oktyabrın 31-dən noyabrın 1-dək İordaniyanın paytaxtı Ammanda keçiriləcək gənclər arasında Asiya kubokunda mübarizə aparacaq.
Allsport.az xəbər verir ki, turnirdə ölkəni 4 çəki dərəcəsində 5 gənc qız cüdoçu – Gülşən Hüseynova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Çinarə Sadıqova (52 kq), Aytən Verdiyeva (57 kq) və Ayan Əliyeva (63 kq) təmsil edəcəklər.
İdmançılar yarışa gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.
Beynəlxalq yarışda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.