- Baxış sayı: 44
- 27 Oktyabr 2026 16:10
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın “Sabah” basketbol klubu bu gün FİBA çempionlar liqasında növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, ölkə çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter 92” komandasını qəbul edib.
Milli gimnastika arenasında baş tutan qarşılaşma saat 20:00-da başlayıb.
“Bayquşlar” mövsümdə ilk qələbəsini əldə edib. Təmsilçimiz rəqibini 87:80 hesabı ilə məğlub etməyi bacarıb.
Azərbaycan çempionu ilk turda səfərdə Litvanın “Ritas” klubuna 73:82, ikinci turda isə Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabı ilə uduzub.