Ustad dərslərində altı qrossmeyster

Ustad dərslərində altı qrossmeyster

“Çempionlarla bir ay” layihəsi çərçivəsində 14, 16 və 18 yaş qruplarından olan perspektivli şahmatçılar üçün oktyabr ayı ərzində “ustad dərsləri” keçirilib.

Allsport.az xəbər verir ki, ümumilikdə altı qrossmeysterin iştirakı ilə yeddi “ustad dərsi” təşkil olunub.

Tanınmış şahmatçılar, Avropa çempionları Rauf Məmmədov, Eltac Səfərli, Azərbaycan çempionu Məhəmməd Muradlı, dünya kubokunun qalibi Teymur Rəcəbov, Aydın Süleymanlı və Avropa çempionu Şəhriyar Məmmədyarovun “ustad dərsləri”ndə gənc şahmatçılar debüt seçimi, tipik mövqe qiymətləndirilməsi, mərkəz uğrunda mübarizə və qərarvermə mərhələsində düzgün hesablama texnikası mövzularında biliklərini artırıblar.

Həmçinin partiya təhlilləri aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. “Çempionlarla bir ay” layihəsi noyabrda da davam etdiriləcək.

Həmin kateqoriyadan