- Baxış sayı: 60
- 26 Oktyabr 2026 23:43
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

İspaniyalı tennisçi Karlos Əlqərəz ATP-500 seriyalı turnirlərdə ardıcıl 22-ci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, dünya reytinqinin 3-cü pilləsində qərarlaşan 7 qat “Böyük dəbilqə” çempionu Vyanada keçirilən turnirin ilk mərhələsində rusiyalı Karen Xaçanovu məğlub edib.
Görüş Əlqərəzin 6:4, 7:6 (7:5) hesablı qələbəsi ilə başa çatıb.
İspaniyalı tennisçi növbəti mərhələdə Yuri Rodionov – Nikoloz Basilaşvili cütünün qalibi ilə qarşılaşacaq.
Vyanada ötən ilin qalibi dünyanın 1 nömrəli tennisçisi, italiyalı Yannik Sinnerdir.