- Baxış sayı: 69
- 07 Avqust 2023 19:20
- Baxış sayı: 50
- Sentyabr 29, 2023
- 0
Türkiyə PTT 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Ötən tur oynamayan Budaq bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 18 xalla 2-ci pillədə qərarlaşıb.