Millimizin sabiq futbolçusu üçün 36 dəqiqə

Türkiyə PTT 1-ci liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Alanyaspor”la qarşılaşıb. Matç 3:2 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. Budaq bu görüşə start heyətdə başlasa da, 36-cı dəqiqədə – hesab 2:2 olarkən əvəzlənib.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan