Millimizin sabiq futbolçusunun komandası xal itirdi

Türkiyə PTT 1-ci liqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Boluspor”la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq bu dəfə 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 14 xalla 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan