- Baxış sayı: 47
- 23 Sentyabr 2026 11:46
- Baxış sayı: 93
- Sentyabr 24, 2026
- 0
Türkiyə PTT 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb. Matçda hesab açılmayıb – 0:0. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 2 xalla 12-ci yerdə qərarlaşıb.