- Baxış sayı: 39
- 17 Mart 2025 19:19
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Milli olimpiya komitəsinin (MOK) icraiyyə komitəsinin (İK) yeni tərkibdə növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, qurumun vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən toplantıda cari məsələlərin müzakirəsindən sonra Avropa olimpiya komitələri (AOK) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi keçirilib. Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, əməkdar elm xadimi, Azərbaycan milli olimpiya akademiyasının prezidenti, Azərbaycan milli olimpiya komitəsinin fəxri baş katibi Ağacan Abiyevə AOK-un “Olimpiya çələngi” mükafatını Çingiz Hüseynzadə təqdim edib.
Ağacan Abiyev AOK-un mükafatına görə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda idman və olimpiya hərəkatı yüksək səviyyədə inkişaf edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan qələbələr bundan sonra da uğurla davam edəcəkdir.
İclasda idmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Ağacan Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışmış və mükafat alması münasibətilə onun təbrik ediblər.
“Şöhrət” və “Şərəf” ordenli mütəxəssis, bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü baş assambleyasında layiq görülüb. Baş assambleyada mükafat Azərbaycan MOK-un baş katibi Azər Əliyevə təqdim edilmişdi.