- Baxış sayı: 8
- 03 İyun 2023 19:03
- Baxış sayı: 25
- İyun 03, 2023
- 0
Premyer liqanın XVII turunda cəmi 6 qol vurulub. Allsport.az saytı xəbər verir ki, orta məhsuldarlıq 1,50-yə bərabər olub.
Bu, mövsümün antirekordudur. Daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən çempionatın XXI turunda təsadüf olunub. Həmin vaxt 4 görüşdə cəmi 5 qol vurulub. Məhsuldarlıq 1,25-ə bərabər olub.
“Sabah”ın “Neftçi”yə, “Səbail”in “Zirə”yə eyni – 0:1 hesabı ilə, “Sumqayıt”ın “Qəbələ”yə 0:4 hesabı ilə uduzduğu turda “Keşlə” və “Qarabağ” qolsuz sülhə imza atıb.