Murad Musayev: “Artıq 3 oyundur ki, eyni ssenari yaşanır”

“Sabah” premyer liqanın 17-ci turunda evdə “Neftçi”yə 0:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sagiblərinin baş məşqçisi Murad Musayev bunu söyləyib:

“Oyun gərgin mübarizə şəraitində keçdi. Hər iki komandanın da şansları var idi. Artıq 3 oyundur ki, eyni ssenari yaşanır. Birinci hissəni yaxşı oynayırıq, lakin fasilədən sonra rəqibin ilk hücumunda çox sadə qol buraxırıq.

Təəssüf ki, qapımızda top gördükdən sonra toparlana bilmədik. Bir neçə fürsətimiz olsa da, dəyərləndirməyi bacarmadıq”.

Həmin kateqoriyadan