Murad Musayev: “Bu qələbəni onlara həsr edirik”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan premyer liqasının 12-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Allsport.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“1-ci hissə bizim üçün çox yaxşı keçdi. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Yaxşı pressinq tətbiq etdik, kombinasiyalı oyun sərgilədik, iki qol vurduq. Təəssüf ki, fasilədən sonra birinci hissədəki intensiv oyunu davam etdirə bilmədik. Lakin buna rəğmən, komanda meydanda intizamlı oyun, xarakter nümayiş etdirdi, bunun da nəticəsində qələbə hesabını qoruyub saxlaya bildik. Bu oyunda həmçinin azarkeşlərimizi də xüsusi qeyd etmək istərdim. Oyundan öncə bizi çox yaxşı qarşıladılar, matç zamanı da möhtəşəm dəstək oldular. Bu qələbəni onlara həsr edirik”. 

Həmin kateqoriyadan