- Baxış sayı: 37
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0

“Sabah” premyer liqanın 3-cü turunda evdə “Neftçi”yə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahibinin baş məşqçisi Murad Musayev fikrini açıqlayıb:
“Bu gün çox parlaq oyunun şahidi olduq. Hər 2 komanda sona kimi mübarizə aparır, güzəştə getmək istəmirdi. Bütün 90 dəqiqə ərzində qələbə qazanacağımıza inamımızı itirmədik. Bu qələbə bizim üçün çox vacib idi.
Həmçinin, bu gün tribunalarda çoxlu azarkeş görmək çox xoş oldu. Məncə, azarkeşlər bu gün meydanda gördükləri mübarizədən, oyundan razı qaldılar. Bizim əsas vəzifəmiz hər matçda azarkeşlərimizi öz oyunumuzla sevindirməkdir”.