Murad Musayev: İlk hissədə oyunumuzu göstərə bilmədik

“Sabah” premyer liqasının 4-cü turunda səfərdə “Qəbələ”ni 2:0 məğlub edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu söyləyib:

“İlk hissədə ən yaxşı oyunumuzu göstərə bilmədik. Komanda bir qədər gərgin idi. Fasilədən sonra isə yaxşı təsir bağışladıq. Düşünülmüş kombinasiyalardan sonra 2 yaxşı qol vurduq. Qalib gəldiyimiz üçün şadam”.

Həmin kateqoriyadan