Murad Musayev: “Oyun tamaşaçıların zövqüncə oldu”

Azərbaycan premyer liqasında X tura start verilib. “Sabah” bu turda evdə “Zirə” ilə qarşılaşıb. Görüş 3:3 hesablı bərabərliklə nəticələnib.

Allsport.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Murad Musayev oyunsonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib. Rusiyalı mütəxəssis komandanın ilk hissədə yaxşı təsir bağışladığını qeyd edib:

“Fikrimcə, oyun tamaşaçıların zövqüncə oldu. Meydanda açıq futbol izlədik. İlk hissədə yaxşı oyun sərgilədik. Meydanın rəqibə aid hissəsində hər şey istədiyimiz kimi alındı, 3 qol vurduq. Lakin təəssüf ki, fasilədən sonra meydanda azlıqda qaldıq və üstünlük rəqibin tərəfinə keçdik. Bundan sonra daha çox hesabın qorunmasına çalışsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilmədik”.

Həmin kateqoriyadan