NADA və AMADA arasında görüş

Almaniyanın milli antidopinq agentliyi (NADA Almaniya) ilə Azərbaycan milli antidopinq agentliyinin (AMADA) rəhbərliyi arasında Bonn şəhərində fikir mübadiləsi məqsədilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda strategiyalar, təhqiqat və araşdırmalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi haqqında müzakirələr aparılıb. “NADA Almaniya” AMADA-nın təhqiqat və araşdırmalar sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinə fəal dəstək göstərir.

Ümumdünya antidopinq agentliyinin “ÜADA tərəfdaş proqramı” çərçivəsində ötən il “NADA Almaniya” və AMADA tərəfdaşlığa başlayıb. Bu proqramın məqsədi dünyada antidopinq sahəsində vahid standartların təşviq edilməsidir.

Həmin kateqoriyadan