Namiq Ələskərov: Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir

“Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələskərov “Sabah”la oyun haqda fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, hər 2 qolun müəllifi azarkeşlərin dəstəyi ilə istəklərinə nail olacaqlarına inandığını deyib:

“Çətin oyun alındı. Çox vacib qələbə idi. Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir. Həm 3 xal qazandığımız, həm də bu qələbədə pay sahibi olduğum üçün çox sevincliyəm.

Bunda azarkeşlərimizin də rolu böyükdür. Onlara təşəkkür edirəm. Növbəti oyunlara da maksimum nəticə üçün çıxacağıq. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olacağıq”.

Həmin kateqoriyadan