Namiqin klubu “Qalatasaray”a yenildi

Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor” yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az xəbər verir ki, İstanbulda “Qalatasaray”la qarşı-qarşıya gələn “ağ-yaşıllar” görüşdə böyük hesabla məğlub olub.

17-ci dəqiqəyə kimi qapısında ardıcıl qollar görən “Bursaspor” toparlanıb fərqi minimuma endirsə də, Fatih Tərimin komandası oyunun gedişində yenidən 3 topluq fərq yaradıb –  2:5. “Qalatasaray”ın heyətində Mbaye Diaqne (4, 8, 44) het-trik edib. “Cim-bom”un digər qollarını 17-ci dəqiqədə Oğulcan Çağlayan və 59-da Ömər Bayram vurub. “Bursaspor”da isə İsmayıl Yüksək (29) və Elton-Ofoyi Akolatse (38) fərqlənib.

Namiq hazırda millimizin düşərgəsində olduğu üçün bugünkü oyunda iştirak etməyib. Yarımmüdafiəçi sabah Qətərlə yoldaşlıq görüşündə iştirak etdikdən sonra bazar ertəsi klubunun düşərgəsinə yollanacaq.

Həmin kateqoriyadan