Namiqin klubunda yeni baş məşqçi

Millimizin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi “Bursaspor”da yeni baş məşqçisi müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, komandanı Mustafa Ər çalışdıracaq. 42 yaşlı mütəxəssis bu vəzifədə dünən istefaya göndərilən Tamər Tunanı əvəzləyib.

“Yaşıl timsahlar” Türkiyə 1-ci liqasında 25 oyundan 25 xalla 19 klub arasında 18-ci pillədə qərarlaşıb. 

Həmin kateqoriyadan