FOTO
Nazir “Qarabağ”ın qonağı olub

Gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”ın bazasını ziyarət edib. Allsport.az saytı xəbər verir ki, klub prezidenti Tahir Gözəl onu bazada futbolçular üçün yaradılmış şəraitlə tanış edib. 

Qonaq çıxışında, komandanın konfrans liqasında tarixi uğura nail olaraq, pley-ofa yüksəlməsi münasibəti ilə təbrik edib, səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.

Tahir Gözəl nazir Fərid Qayıbova dəvəti qəbul etdiyi və “Qarabağ” barədə xoş söz səsləndirdiyi üçün təşəkkür edib.

Həmin kateqoriyadan