“Neftçi” Macarıstan və Polşa klublarına qarşı

“Neftçi”nin qış hazırlığı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, ilk mərhələ yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.

Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının 2-ci mərhələ yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalyanın Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Bakı təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, ayın 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələ müəyyənləşməyib.

Həmin kateqoriyadan