“Neftçi” Rəhmanın müqaviləsini uzadıb, icarəyə verdi

“Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb. Allsport.az xəbər verir ki, anlaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq.

Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qol vurub.

Həmin kateqoriyadan