- Baxış sayı: 18
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 255
- Noyabr 09, 2026
- 0

“Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb. Allsport.az xəbər verir ki, 28 yaşlı seneqallı futbolçu daha 2 il “ağ-qara” formanı geyinəcək.
Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
“Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.