“Neftçi” yeni idman direktorunu təqdim etdi

“Neftçi” yeni idman direktorunu təqdim etdi

“Neftçi” yeni idman direktoru Zaur Əzizovu təqdim edib. Allsport.az saytı xəbər verir ki, təqdimat “Bakcell arena”da baş tutub. Tədbirə klubun prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazov qatılıb.

37 yaşlı həmkarımız 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Bu müddətdə premyer liqada 2 gümüş (2016/17, 2017/18), 3 bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb, 4 dəfə Azərbaycan kubokunun finalına yüksəlib, 2018/2019 mövsümündə ilk tituluna yiyələnib.

Avrokuboklarda debütü onun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl 2 dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla Avropa liqasının qrupunadək irəliləyib.

Bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.

Həmin kateqoriyadan