“Neftçi”də rəqib dəyişdi

“Neftçi”nin Sloveniyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib. Allsport.az xəbər verir ki, Macarıstanın “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar “Neftçi” ilə sınaq matçından imtina edib.

Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq. “Domjale” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan