- Baxış sayı: 29
- 10 Noyabr 2026 16:52
- Baxış sayı: 278
- Noyabr 09, 2026
- 0

“Neftçi” ölkə kubokunda 75-ci səfər matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, 1/4 final mərhələsinin “Sabah”la cavab görüşündə 3:1 hesablı qələbə qazanan “ağ-qaralar” 39-cu dəfə rəqib meydanında qalib gəlib.
Paytaxt təmsilçisi 18 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Flaqmanın bu görüşdəki son qolunu vuran Ramon Maçado da tarixə düşüb. O, komandasının 100-cü səfər qolunun müəllifi olub.
“Neftçi” yubileyi rəsmiləşdirdiyi hər 2 göstəricidə Azərbaycan rekordçusudur.