“Neftçi”dən ayrılan futbolçu Tunis klubunu təriflədi

“Neftçi”dən ayrılaraq Tunisin “Esperans” klubuna keçən yarımmüdafiəçi Sabir Buqrin yerli mətbuata açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı belçikalı futbolçu bu transferi belə dəyərləndirib:

““Esperans” böyük və tarixi klubdur. Bu komandanı Afrika çempionlar liqasında izləmişəm və onun qalib olması məni ruhlandırdı, böyük həvəs gətirdi. Klubla danışıqlar sürətlə alındı.

Düzü, buna heyran qaldım. İlk dəfədir Afrika komandası ilə müqavilə imzalayıram. Burada da hadisələr Avropa komandalarındakı kimi cərəyan etdi.

Sabir 2020-ci ilin yayında “Neftçi”yə keçib və bir neçə gün öncə Azərbaycandan ayrılıb. 

Həmin kateqoriyadan