“Neftçi”dən gözlənilməz məğlubiyyət

Azərbaycan premyer liqasında X turun daha bir oyunu keçirilib.

Allsport.az xəbər verir ki, “Zəfər turu”nda günün 2-ci matçı “Keşlə” və “Neftçi” komandaları arasında olub. “ASK Arena”dakı qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 11-ci dəqiqədə flaqmanın hücumçusu Tiaqo Bezerra açıb. Braziliyalı forvard 35-ci dəqiqədə 2-ci topu meydan sahiblərinin qapısından keçirib. “Keşlə” 42-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Felipe Santos penaltidən fərqlənib. 49-cu dəqiqədə Rəhman Hacıyev baxımlı qolla hesabı bərabərləşdirib. Son nöqtəni isə 88-ci dəqiqədə Anatol Abanq qoyub.

Bu nəticədən sonra “Neftçi” 17 xalla 2-ci pillədəki yerini qoruyub. Xallarını 10-a çatdıran “Keşlə” isə 6-cı sırada qərarlaşıb.

Həmin kateqoriyadan