“”Neftçi”ni ailə durumuna görə tərk etdim”

Romen Bask Bakıdan ayrılmasının səbəbi haqda danışıb. Allsport.az saytı xəbər verir ki, fransalı futbolçu “Neftçi”ni “Şatoru”ya dəyişməsini ailə vəziyyəti ilə əlaqələndirib. O, Azərbaycanda özünü yalnız hiss etdiyini və kiçik qızı üçün çox darıxdığını deyib:

“Həqiqətən legionçu həyatı yaşamaq istəyirdim. “Neftçi”də çox gözəl anlar yaşadım, əla mühitdə böyük matçlar keçirdim. Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi”.

Romen Bask “Neftçi”yə bu mövsümün əvvəlində Frans “Havr”ından keçmişdi. 27 yaşlı yarımmüdafiəçi “Şatoru” ilə 3-illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan