“Neftçi”nin futbolçusu Yunanıstan klubuna qayıda bilər

“Neftçi” klubunda icarə əsasında çıxış edən futbolçu Mamadu Kane müqavilə ilə məxsus olduğu Yunanıstan “Olimpiakos”una qışda qayıda bilər.

Allsport.az xəbər verir ki, Afina təmsilçisinin rəhbərliyi 24 yaşlı yarımmüdafiəçini yaxından izləyir və onun oyunundan razıdır. Kane son olaraq, Qvineya millisinin heyətində Mərakeşə 1:4 hesabı ilə uduzduqları dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələ oyununda komandasının yeganə qolunun müəllifi olub.

“Olimpiakos” afrikalı oyunçu üçün mövsümün sonunu gözləmək niyyətində deyil. Lakin onu heyətə cəlb etməkdən ötrü digər əcnəbi futbolçulardan biri ilə vidalaşmaq lazımdır.

Mamadu Kane yay transfer dönəmində “Olimpiakos”la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edir.

Həmin kateqoriyadan