“Neftçi”nin müşahidə şurasının iclası keçirilib

Bu gün “Neftçi” PFK-nın müşahidə şurasının iclası keçirilib.

Allsport.az xəbər verir ki, onlayn şəkildə təşkil olunmuş iclasda komandanın son nəticələri və baş məşqçi Samir Abbasovla hazırkı durum müzakirə edilib.

Sonra müşahidə şurasının üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda baş məşqçiyə dəstək verən üzvlər Samir Abbasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.

Həmin kateqoriyadan