“Neftçi”yə keçidindən yazdı

“Neftçi”nin yeni transferi Eddi İsrafilov öz İnstaqram hesabında paylaşım edib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi, ilk novbədə, İspaniyanın “Luqo” klubuna təşəkkür edib:

“Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm. İkincisi, “Neftçi” kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm”.

İsrafilov “ağ-qaralar” ilə 2,5 illik müqavilə imzalayıb. O, iyunda  “Albasete”sindən ayrıldıqdan sonra, “Luqo”da baxışda olub.

Həmin kateqoriyadan