- Baxış sayı: 12
- 13 May 2025 11:21
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə PFL-in, “Qarabağ” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
PFL yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyev ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə PFL arasında geniştərkibli görüş keçirilib. İclasda PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Azərbaycan kubokunun final oyunu 31 may tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.