Növbəti rəqib “Politexnika İaşi”dir

“Neftçi”nin Türkiyə toplanışı çərçivəsində 2-ci rəqibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, komanda “Fənərbağça Topuq Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın “Politexnika İaşi” klubu ilə qarşılaşacaq. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də deyil, 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Xatırladaq ki, ağ-qaralar” ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq flaqman iyulun 1-də Türkiyə toplanışını başa vuraraq Vətənə qayıdacaq.

Həmin kateqoriyadan