Ölkə kubokunun püşkü atıldı

Azərbaycan basketbol federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, püşkə əsasən 10 komanda 2 qrupa bölünüb.

“A” qrupu “Neftçi”, “Xəzri”, “Cəlilabad”, “Xırdalan” və “Sumqayıt” mübarizə aparacaq. “B” qrupunda isə “Sabah”, “NTD-İndiqo”, “Sərhədçi”, “Gəncə” və “Şəki” klubları yer alıblar.

Qarşılaşmalar gələn ilin mart və aprel aylarında “Sərhədçi” idman kompleksində keçiriləcək. Qrup oyunları dairəvi sistemdə olacaq və ilk iki yeri tutacaq klublar yarımfinala vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan