- Baxış sayı: 7
- 10 Avqust 2026 22:46
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0
Bu gün futbol üzrə Azərbaycan kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Allsport.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayacaq.
Yarışda premyer liqanın 8 komandası ilə yanaşı, I divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib.
Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.