- Baxış sayı: 44
- 29 Sentyabr 2023 22:00
- Baxış sayı: 44
- Sentyabr 29, 2023
- 0
İyulun 15-də orduya dəstək yürüşü zamanı həbs edilənlərdən biri keçmiş idman jurnalisti, hazırda futbol məşqçisi olan Mehdi İbrahimovdur. Allsport.az xəbər verir ki, onu yürüşdən sonra səhərə yaxın polislər saxlayıb və 38-ci polis bölməsinə aparıblar.
Ona cinayət məcəlləsinin 139.1.1 maddəsi ilə iş açılıb. İbrahimovun ailəsinə onun koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu barədə məlumat verilib.
Məşqçinin yaxınları onun siyasi məqsədinin olmadığını bildirir. O, sadəcə, polisin müdaxilə etmədiyini görüb, orduya dəstək məqsədilə yürüşə qatılıb.
Son məlumata görə, Mehdi İbrahimov barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.