“Oyun 1-ci səhvə qədər davam etdi”

“Sabah” premyer liqanın 16-cı turunda səfərdə “Zirə”yə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu söyləyib:

“Çox döyüşkən oyun alındı. Demək olar, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Oyun 1-ci səhvə qədər davam etdi. Çox təəssüf ki, bu səhvi biz buraxdıq.

Qapımızda ilk qolu gördükdən sonra əlimizdən gələni etdik ki, hesabı bərabərləşdirək. Risk etdik, ancaq alınmadı. Bundan sonra ikinci qolu buraxdıq.

Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün layiqli qələbə qazandılar. Komandamın bugünkü oyununa, matça yanaşmasına heç bir iradım yoxdur”.

Həmin kateqoriyadan