“Oyun sisteminə uyğun olaraq rəqibi əks-hücumlarda tutmalı idik”

“Kəpəz” premyer liqanın 5-ci turunda ev oyununu keçirdiyi Qəbələdə “Qarabağ”a 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunu meydana çıxaran Xaliq Mərdanov fikrini bölüşüb:

“Təbii ki, bütün komandalar “Qarabağ”a qarşı başqa motivasiya ilə hazırlaşır. Şübhəsiz ki, biz də belə hazırlaşmışdıq. Futbolçular verdiyimiz tapşırıqları 100 faiz yerinə yetirə bilməsələr də, ən azı 60 faiz işin öhdəsindən gələ bildilər.

Buna görə onlara minnətdaram. Bəzi səhvlər oldu. Bu da futbolda başa düşüləndir. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ehtiyatlı futbol oynadıq. Oyun sisteminə uyğun olaraq rəqibi əks-hücumlarda tutmalı idik.

Amma rəqib bizə hücumda problemlər yaratdı. Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik. “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayırıq”.

Həmin kateqoriyadan