Oyun zamanı öldürüldü

Meksikada futbolçu Serxio Haureqi matç zamanı güllələnib.

Allsport.az xəbər verir ki, faciə ötən bazar günü Kuautlada həvəskarlar oyunu zamanı baş verib. Meksika mətbuatının məlumatına görə, 31 yaşlı Jauregui meydanda bir nəfər tərəfindən 6 güllə ilə vurulduğu zaman su içmək üçün ehtiyat oyunçular skamyasına yaxınlaşıb. Qatil stadionun ətrafında onu gözləyən motosikletə minərək hadisə yerindən qaçıb.

Haureqi 2010-cu ildən 2021-ci ilə kimi yerli “Arrokeros” klubunda çıxış edib.

Həmin kateqoriyadan